Kahramanmaraşdan 122 min insan təxliyə edilib


Kahramanmaraşda baş verən zəlzələlərdən sonra şəhəri tərk etmək istəyənlər üçün nazirliklərin koordinasiyası ilə pulsuz avtobus xidmətləri təşkil edilib. Bildirilir ki, indiyədək 122 min nəfər şəhərdən təxliyə edilib.


Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlərdə 2500 bina dağıldığı halda, 10174 binanın ciddi ziyan gördüyü müəyyən edilib, 2412 binanın uçma və ya aşmaq təhlükəsi səbəbindən təcili söküntü qərarı verilib. Şəhərdən çıxmaq istəyənlər üçün Daxili İşlər Nazirliyi və Nəqliyyat İnfrastruktur Nazirliyi tərəfindən pulsuz avtobuslar təşkil olunur. Əyalətdən kənar evakuasiya koordinasiya müraciət mərkəzlərinə müraciət edənlər anketi doldurduqdan sonra avtobusla istədikləri şəhərlərə göndərilir. Şəhərdən şəxsi avtomobili ilə çıxmaq istəyənlərə nazirliklər yanacaq haqqı dəstəyi verir.

Bildirilib ki, zəlzələdən sonra şəhərin müxtəlif yerlərindəki müraciət masalarında işlərini tamamlayan 122 min nəfər Kahramanmaraşdan təxliyə edilib. Avtobuslar Kahramanmaraş Polis İdarəsi və Kahramanmaraş Sərgi Mərkəzi qarşısındakı məntəqələrdən yola düşür. Zəlzələdə özünün və ailəsinin qorxu yaşadığını izah edən Ahmet El şəhərdən və zəlzələdən uzaq olmaq üçün bir müddət şəhəri tərk etdiyini bildirib. Yenidən dönəcəyini bildirən El belə deyirdi: "Hal-hazırda Ankaraya gedəcəm. Həyəcan keçirdim. Oradan Eskişehere gedəcəm. Orda həkimim var. Dünən Hatayda yenə çox pis zəlzələ oldu,onu hiss etdik. Səhərə qədər yatmadıq. Kahramanmaraş Böyükşəhər Bələdiyyəsində təmizlikçiyəm, amma həyəcan keçirdiyim üçün hələ işə başlaya bilməmişəm. Dağıntıları görəndə huşumu itirirəm, işləyə bilmirəm. Uzaqlaşmaq üçün gedirəm. Yenə bura gələcəm. Çox sağolsun hökumətimiz belə imkanlar yaradıb. Yerləşdirmə yerləridə təşkil olundu. Onsuz da özümüz gedə bilmirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu