Putinlə görüşə getdi, karonavirusa yoluxdu
Rusiya prezidenti Vladimir Putinin Cənubi Osetiya separatçı respublikasının rəhbəri Alan Qaqloyevlə görüşü təxirə salınıb.
Buna səbəb Qaqloyevdə koronavirus testinin müsbət çıxması olub. Bu barədə Kremldən məlumat verilib.
“Vladimir Putinlə Cənubi Osetiya prezidenti Qaqloyev arasında çərşənbə günü planlaşdırılan danışıqların sonrakı tarixə təxirə salınması barədə qərar qəbul edilib. Təəssüf ki, onun kovid üçün testi müsbət çıxıb"-deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O,Qaqloyevin tezliklə sağalmasını arzulayıb.
Cənubi Osetiya rəhbərinin mətbuat katibi Natalya Bosikova bildirib ki, Qaqloyevin vəziyyəti sabitdir və Moskvadan qayıdandan sonra özünü təcrid edəcək.
Bosikova Qaqloyevin uzaqdan işləməyi planlaşdırdığını bildirib.
M.Vahidli