Rusiya hava məkanını bağladı: "UNO"-lara görə


Rusiya Federasiyasının Sankt-Peterburq və Leninqrad vilayəti üzərində 200 kvadrat kilometr hava məkanı bağlanıb.


"Baza" telegram kanalının verdiyi məlumata görə, səmada uçan naməlum obyektlərin olması ilə əlaqədar mülki təyyarələr gözləmə zonasına yönəldilib.
"On minlərlə istifadəçi qapalı ərazinin yaxınlığında dövr edən uçuşları izləyir. Ərazidə "Kilim” planı tətbiq edilib. O, sərhədi qanunsuz keçmə, eləcə də hava məkanında naməlum obyektlərin peyda olması halında tətbiq edilir. Siqnal o deməkdir ki, bütün hava gəmiləri dərhal eniş etməli və ya hava limanının ərazisini tərk etməlidir”, - kanalın məlumatında belə deyilir.
Naməlum obyektlərin əslində, zərbə dronları olduğuna dair xəbərlər də var.
Qeyd edək ki, bir neçə həftə əvvəl Leninqrad vilayətində “Kilim” siqnalı tətbiq edilib. Sonra Lodayne Pole şəhəri üzərində hava məkanı bağlanıb. Bu gün səmanın bağlanması yəqin ki, pilotsuz təyyarələrin kütləvi hücumu ilə bağlıdır. Gecə Belqorod və Tuapsedəki "Rosneft" şirkətinə məxsus neft anbarlarına da zərbə dronlarının hücumu həyata keçirilib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu