İran 12 günə atom bombası materialı istehsal edə bilər - ABŞ


Hazırda İranın imkanları elədir ki, o, atom bombası hazırlamaq üçün lazım olan materialı 12 günə istehsal edə bilər


AFN.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl bildirib. “2018-ci ildə İrana parçalanan material anbarından bir bomba istehsal etmək təxminən 12 ay vaxt lazım idi. İndi isə ona 12 gün lazım olacaq”, - deyə Kahl Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə deyib. "Biz JCPOA-dan çıxdığımızdan bəri İran nüvə sahəsində təsirli irəliləyiş əldə edib", - o vurğulayıb.

Pentaqon rəsmisi əlavə edib ki, nüvə sazişinə qayıdış hələ də ən yaxşı variantdır: “Keçən yay biz İranın qəbul etməyəcəyi razılaşmalar üçün təkliflər vermişdik. Düşünmürəm ki, biz JCPOA-ya qayıtmaq ərəfəsindəyik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu