"Azercell"in abunəçiləri azalıb: Şirkət hesabatlılıqda da "xəsisləyib"


Azərbaycanda dövlətə məxsus iri şirkətlərin hesabatlılığı hər zaman problem olub. Ölkə qanunvericiliyinin tələbinə baxmayaraq, əksər iri şirkətlər maliyyə hesabatını ya qismən açıqlayırlar, ya da ümumiyyətlə açıqlamırlar.


AFN.az xəbər verir ki, bir vaxtlar özəl sektorda ən hesabatlı şirkətlərdən biri hesab edilən "Azərcell Telekom" da dövlət mülkiyyətinə keçdikdən sonra hesabatlılıqda ciddi problemləri yaranıb. Şirkətin 2022-ci il üzrə maliyyə fəaliyyətinə dair hesabatı ilə bağlı ekspert Osman Gündüzün şərhi diqqət cəlb edir. Mütəxəsssis bildirir ki, Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi olan "Azercell"in açıqlamasına, təqdim etdiyi statistikaya, infrastruktura və texnologiyalara, investisiya xərclərinə diqqət yetirdikdə, dövlət şirkətinə çevriləndən ilk dəfə şirkətin vəziyyətində müsbətə doğru dəyişiklik hiss edilir: "Amma maraqlıdır ki, mobil sektorda ən yüksək bazar payına - 48%-dən çox paya sahib olan "Azercell" yenə də gəlirlərini açıqlamayıb. Hesabatla bağlı açıqlamadan anlaşılmır ki, qurum ötən ili zərərlə başa vurub, yoxsa mənfəət əldə edib. Ümumiyyətlə, "Azercell" "dövlətləşəndən" sonra gəlirləri və xərclərini açıqlamaqda xəsislik edir. Halbuki normalda normalda əksinə olmalı idi, "dövlətləşəndən" sonra cəmiyyətin daha çox marağında olan qurumun hesabatlılığı, şəffaflığı daha da artmalı iri".

O.Gündüz onu da vurğulayıb ki, əvvəlki hesabatlara nisbətən bu açıqlama daha dolğun olsa da, bir çox əhəmiyyətli məqamlara aydınlıq gətirilməyib: "Açıqlanan geniş məlumatda abonent bazasındakı dəyişiklik (açıqlanan faizdən görünür ki azalma olub), hər mobil istifadəçiyə görə orta gəlirlər, səs danışığından və mobil internetdən əldə olunan gəlirlər, datanın dinamikası, istifadə olunan trafik həcminin 4G/3G/2G arasında bölgüsü, rouminqlə bağlı gəlirlər, xidmətlərlə - məsələn, "Asan imza"dan əldə olunan gəlirlər və s. bu tip ictimai faydalı məlumatlar yoxdur".

2018-ci ildə RİNN yanında “AzInTelecom” MMC Maliyyə Nazirliyinin ayırdığı 450 milyon manat vəsaitlə "Azercell"in səhmlərinin 51.3%-ni satın alıb.
Bundan sonra "Azercell" "AzİnTelecom" daxilində olmaqla dövlət şirkətlərinin reyestrinə daxil edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu