Məmurun 15 yaşlı oğlu xarici maşınla təqaüdçünü vurub öldürdü

Tıvada yerli məmurun 15 yaşlı oğlu başqasının avtomobilini idarə edərkən pensiyaçını vuraraq öldürüb.
AFN.az-ın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Müfəttişliyinin Respublika İdarəsinin Telegram kanalında məlumat verilib.
Rusiyalı yeniyetmənin yolun hərəkət hissəsində oturan 69 yaşlı kişinin üzərinə avtomobil sürdüyü kameralara düşüb. O, həkimlər gələnə qədər aldığı xəsarətlərdən dünyasını dəyişib.
Yamalo-Nenets Muxtar Dairəsi sakininə məxsus avtomobildə azyaşlının anası da olub. Qadın avtomobilin sənədlərini təqdim edə bilməyib.
“Yeniyetmənin anası rayonun kənd yaşayış məntəqələrindən birində hüquqpozmaların qarşısının alınmasına nəzarət edən administrasiya sədrinin müavinidir”, - məlumatda deyilir.
Qəza ilə bağlı araşdırmalara başlanılıb. 9-cu sinif şagirdinin anası inzibati məsuliyyətə cəlb edilib. Bundan başqa, qadına qarşı valideynlik vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə protokol tərtib edilib.