Yarən leyləklə balıqçı Adəmin 12 illik dostluğu dillərə dastan oldu - VİDEO


Türkiyədə balıqçılıq edən Adəm Yılmazla dostluq hekayəsi ilə milyonların könlünü fəth edən Yarən Leylək 12 ildir ki, bu dostluğa sadiqdir.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu il də köçdən qayıdan Yarın leylək dostu Adem Yılmazın kiçik balıqçı gəmisinin kənarına qonaraq onunla görüşüb.

Əvvəlki "ziyarətlərinin" vaxtından 20 gün keçsə də, Yarən leyləyin hələ görünməməsi Adəm Yılmazı və hekayə ilə maraqlanan minlərlə insanı narahat etməyə başlayır. Lakin vəhşi Təbiət Fotoqrafı Alper Tüydeş bu səhər sosial şəbəkədə çəkdiyi foto ilə hər kəsi müjdələyib.

Kəndə gələn Yarən leylək və onun dişisi Nazlı leylək bu səhər balıqçının qayığına minərək ənənəvi pozalarını veriblər. Balıqçı Adem Yılmaz verdiyi açıqlamada “maraqdan az qala öləcəkdim. Həmişə fikirləşirdim ki, gələcək, ya yox. Şükürlər olsun ki, Yarən keçən il gələndən 11 gün sonra bu il qayıtdı. Sənin gəlişinə mən və həmkəndlim çox sevindik. Xoşbəxtliyimi təsvir edə bilmirəm, çox xoşbəxtəm” - deyə sevincini ifadə edib.

Hekayəni ictimaiyyətə açıqlayan Vəhşi Təbiət Fotoqrafı Alper Tüydeş bildirib ki, leylək ötən il gələndə qara yaxalanmışdı. Ola bilsin ki, bu dəfə qardan qaça bilməyib, yaşı da çoxdur, başına hər iş gələ bilər deyə hər kəs təəssüflənib. "Hər il bu ehtimalla onunla vidalaşırıq. Xoşbəxtlikdən gəldi. Bütün bu narahat və kədərli gündəmlər arasında Yaren leylək ümidlə gözləmənin simvolu oldu. Və nəhayət, hekayə bu il də gerçəkləşdi. Lələkləri qədər yaşasın” - deyə fotoqraf əlavə edib.

Avropa Leylək Kəndləri Birliyində Türkiyəni təmsil edən yeganə kənd olan Bursanın Karacabey rayonunun Eskikaraağaç Leylək kəndi köç dövründə hər il on minlərlə leyləyin keçdiyi köç yolu üzərindədir. Kənd həm də yerli leyləklərin məskənidir.

Uluabat gölündə balıq tutarkən qayığına minən Yarən leyləklə 12 il əvvəl dostluğa başlayan Adem Yılmazın şahidi olduğu bu hekayə, çəkdiyi fotoqrafiya ilə beynəlxalq şöhrət qazanıb. Hekayə Yunanıstanda kölgə oyunu kimi oynanıldığı halda, Avstriya və Almaniyada dərsliklərin mövzusuna çevrilib. 2019-cu ildə Burak Doğansoysal tərəfindən lentə alınan və Karacabey Bələdiyyəsinin töhfələri ilə istehsal olunan "Yarən" sənədli filmi Praqa Film Mükafatlarından ən yaxşı sənədli film adı ilə qayıdıb. Keçən il Karacabey Bələdiyyəsi kənd meydanında Balıqçı Adəm və Yarən leylək heykəllərini düzəltdirərək hekayəni ölümsüz edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu