Yaren leylək və yoldaşı Nazlı qovuşdu - FOTOLAR


Bursanın Karacabey mahalının Uluabat gölünün sahilindəki Əskikaraağaç rayonunda balıqçı Adem Yılmazla dostluq hekayəsi ilə tanınan Yaren leyləyin və yoldaşı Nazlının gəlişindən sonra "Leylək Köyü"nə səfərlərin artacağı gözlənilir.



Yaz aylarında bütün Türkiyənin səbirsizliklə gözlədiyi Adem dayı ilə Yaren leyləyin görüşü bu günlərdə baş tutub.

Türkiyədə gündəm olan bu görüşdən sonra dünən axşam saatlarında Yaren Leyleyin yoldaşı da yuvaya gəlib.

13 ildir Lüylək kəndində balıqçı Adem Yılmazın qayığına qonan Yaren leylək bu dostluğu ilə könülləri fəth edib. Yaren hər il köçdən qayıdanda Əskikaraağaçdakı yuvasına yerləşir və yayı bu kənddə keçirir və hər səhər balıqçı Adem Yılmazla balıq tutmağa gedir.

Yaren hər il ilk köç edən Yaren olsa da yoldaşı Nazlı bir neçə günə onun yanına çatır.

Builki görüş dünən baş tutub. Karacabey Bələdiyyəsinin yarenleylek.com saytında başlatdığı canlı yayımda Yarenlə həyat yoldaşını eyni anda görənlər çox sevinib.







Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu