Atatürkün mənəvi qızı Sabiha Gökçenin ölümündən 22 il ötür


Dünyanın ilk qadın döyüş pilotu Sabiha Gökçenin ölümündın 22 il keçir.

AFN.az xəbər verir ki, türk qadın pilot Cebeci Şəhidlər Xiyabanındakı məzarı başında anılıb.

Anma törəninə ailəsi ilə bərabər Türk Hava Qüvvələri komandanı orgeneral Atilla Gülan və keçmiş Türkiyə Hərbi Hava Qüvvələri komandirləri Abidin Ünal, Ersin Celasin və Türk Hava Qurumunun Çağırış Komitəsinin sədri Əli Yüksel qatılıb. Gökçenin məzarı üzərinə əklil qoyulduqdan və şəhidlərin ruhu anıldıqdan sonra İstiqlal Himni oxunub. Daha sonra Gökçenin tərcümeyi-halı haqqında məlumat verilib. Mərasimdə Gökçen və digər hava şəhidlərinin məzarları üzərinə güllər düzülüb, dualar edilib.

Atatürkün övladlığa götürdüyü qızı, Türkiyənin ilk qadın pilotlarından olan Sabiha Gökçen 2001-ci il martın 22-də 88 yaşında vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu