Çin orbitə dörd "Tianmu-1" peyki çıxarıb


Çinin "Kuaizhou-1A" daşıyıcı aparatı "Tianmu-1" orbital bürcünün bir hissəsi olacaq dörd peyki orbitə çıxarıb.


AFN.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) məlumat yayıb.

Raketin meteoroloji peyklərlə birlikdə buraxılışı Pekin vaxtı ilə saat 17:09-da (Moskva vaxtı ilə 12:09) Çinin şimalındakı Qansu əyalətindəki Cyuquan kosmodromunun buraxılış meydançasından həyata keçirilib.

"Tianmu-1-03", "Tianmu-1-04", "Tianmu-1-05" və "Tianmu-1-06" cihazları müxtəlif atmosfer hissəcikləri haqqında məlumat toplayacaq, həmçinin atmosferdəki dəyişiklikləri izləyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu