Yasamalda binanın həyəti zəbt edilib: İcra hakimiyyəti müraciətlərə baxmır - FOTOLAR


Azərbaycan Turizm Universitetinin şöbə müdiri Bahadur Bilalov yaşadığı ünvandakı vəziyyətdən narazıdır.


AFN.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"Şəkildə gördüyünüz fotolar nə Suriyadan, nə də qardaş Türkiyənin zəlzələ zonasından deyil. Bura Bakının mərkəzi, daha doğrusu Həsən bəy Zərdabi prospekti, 71 ünvanında yerləşən binaların həyətidir" - deyə yazan B.Bilalov qeyd edib ki, binanın həyəti zəbt edilib: "200 mənzillik çoxmərtəbəli, biri 4, digəri isə 8 bloklu beşmərtəbəli binaların uşaqlarının, yaşlılarının, qazilərinin - bir sözlə, 400-dən çox ailənin dincələ biləcəyi bir ərazidir. 90-cı illərin hərc-mərclik dövründə kimsə bir hissəni zəbt edərək ev tikib, kimsə də qaraj tikib. Bəziləri özü üçün kiçik bağ salıb və s. Bir müddət əvvəl bağ çəpərləri söküləndə sevindik ki, yəqin bizim həyətdə də qayda yaradılacaq, bu acınacaqlı mənzərəyə son qoyulacaq. Amma necə deyərlər, sən saydığını say, gör icra hakimiyyəti ilə bələdiyə nə sayır. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, nə Yasamal rayon İcra Hakiməyyəti, nə də bələdiyyə buranı abadlaşdırmağa tələsmir. Bir daha əmin olursan ki, yerli məmurlar ölkə Prezidentinin tapşırıqlarını, göstərişlərini yerinə yetirmək istəmirlər. Ümüdimiz yalnız Leyla xanım Əliyevaya, onun İDEA təşkilatına qalıb".


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu