Azərbaycanda televiziyaya baxanların sayı açıqlanıb
"Hər hansı bir dəqiq rəqəm demək mümkün deyil, çünki auditoriya və izləyicilər daim dəyişən bir göstəricidir. İnsanların TV baxışına bir çox amillər təsir edə bilər, bu, həm hava şəraiti, sezonun dəyişməsi, həm bayramlar, həm də ölkədəki siyasi vəziyyət ola bilər. Ona görə də biz ortalama gün ərzində televiziyaya baxan insanların sayından danışacayıq. Son 3 ay ərzində ümumi olaraq televiziyaya 6 029 000 insan baxıb".
Bunu "Report"a müsahibəsində MARSA şirkətinin icraçı direktoru İradə Sultanova "TV-yə baxan insanların sayı neçədir?" sualına cavabında deyib.
"Bununla belə 5 287 000 milyon insan yerli kanallara, 3 438 000 insan türk kanallarına, 1 228 000 insan rus kanallarına, 5 000 000 insan isə digər onlayn kontentə TV vasitəsiylə baxıb.
Gördüyünüz kimi, fərqli kateqoriyalar üzrə TV baxan insanların cəmi ümumi TV baxanlardan daha çoxdur. Bunun səbəbi isə insanları yalnız bir kanala və ya bir növ kontentə baxmamaqlarıdır. Bir izləyici həm yerli, həm türk kanalına baxa bilər, daha sonra isə Smart TV-də Youtube qoşub online kontentə də izləyə bilər. Buna görə də, analiz aparılarkən, yalnız insanların sayı deyil, onların izləmə vaxtları da nəzərə alınmalıdır", - o, əlavə edib.
Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.