Qarabağ qaziləri Vilayət Eyvazova müraciət etdi: “Vesta Construction” 61 min borcu qaytarmır”


Birinci Qarabağ müharibəsinin qaziləri Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib.


Onlar “Vesta Construction” şirkətinin onlara 61 min manat borclu olduğunu deyiblər. “Biz beton istehsal edirik. Suraxanı rayonu ərazisində fəaliyyət göstəririk. Bu şirkət bizdən beton alıb, amma pulunu indiyə qədər ödəməyib”.
Qazilərin sözlərinə görə, şirkət sahibi onları yola verir və süründürür. Şikayətçilər xahiş edirlər ki, 61 min manatın qaytarılması ilə bağlı addım atılsın: “Bu az pul deyil ki, onu bağışlayaq. Xəstə əlillərin haqlarıdır. Belə haqsızlıq olmaz. Cənab nazirdən xahiş edirik ki, bizim səsimizə səs versin”.



Reportyor.info



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu