Rusiyanın kimya nəhəngi "Siemens"i məhkəməyə verib


“Sibur” şirkətlər qrupuna daxil olan Rusiyanın kimya nəhəngi “Kazanorgsintez” Almaniyanın “Siemens Energy” və Türkiyənin “Enka” şirkətlərini məhkəməyə verib. İddiaya səbəb həmin şirkətlərin kombinə edilmiş elektrik stansiyasının tikintisindən imtina etməsidir.


AFN.az TASS-a istinadən xəbər verir ki, Rusiya istehsalçısı onlardan müqavilə üzrə işlənməmiş 9,48 milyard rubl avans ödənişini tələb edir. "Siemens Energy" ilə yanaşı, onun Rusiyadakı törəməsi olan "Nefteqaz i Energetika" da cavabdeh qismində çıxış edir.

"Layihə 2019-cu ilin oktyabrında, 2023-cü ilin mart ayına qədər açar təhvil verilməsi ilə baş müqavilə imzalandıqdan sonra başlayıb. 2022-ci ilin iyulunda "Siemens", Aİ-nin tətbiq etdiyi sanksiyalara görə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyini bildirdi. Bundan sonra obyektdə bütün işlər dayandırılıb", - deyə "Kazanorgsintez"in nümayəndəsi bildirib. O vurğulayıb ki, şirkət işin yerinə yetirilməsindən imtinanı əsassız hesab edir və müqavilənin şərtlərini pozur. "Kazanorgsintez" dəymiş ziyana görə iddia qaldırmağı düşünür.

Almaniya öz yurisdiksiyasında qeydiyyatdan keçmiş “Siemens Energy” şirkətinin Rusiyanın “Rosatom” şirkətinə iki atom elektrik stansiyasının - Türkiyədə Akkuyu və Macarıstanda Paks-2-nin tikintisi üçün avadanlıq tədarükünün qarşısını almaq istədiyi barədə bir müddət əvvəl məlumat verilmişdi. İqtisadiyyat və İxrac Nəzarəti üzrə Federal İdarə (BAFA) alman firmasına ixrac icazələrinin tam dəstini verməkdən imtina edib. "Siemens"dən bildirilib ki, tənzimləyici sadəcə onun müraciəti ilə bağlı qərar qəbul etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu