Rusların Türkiyəyə turlar üçün erkən rezervasiyaları 30 faiz azalıb


2023-cü ilin yay mövsümündə Türkiyəyə turlar üçün erkən rezervasiyaların həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30% azalıb, ruslar üçün ölkəyə səfərlərin qiymətləri ən azı 20-25% artıb.


AFN.az xəbər verir ki, bu barədə Rusiya Səyahət Sənayesi İttifaqından bildirilib. "Türkiyə otellərində normal qiymətlər yalnız iyun ayına qədərdir. Bu ayın sonundan etibarən və bütün mövsüm üçün qiymətlə nəzərəçarpacaq dərəcədə artıb - avro ilə orta hesabla təxminən 20-25 faiz. Türkiyədə erkən rezervasiyalar bir il əvvələ nisbətən 30 faiz bahalaşır" - deyə qurumdan qeyd edilib.

Türkiyədə tətil qiymətlərinin artması avronun məzənnəsinin artması, təyyarə yanacağının və otel xidmətlərinin bahalaşması, həmçinin ötən yay mövsümündə ölkəyə turlara tələbatın yüksək olması ilə bağlıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu