Fazil Mustafa hücumdan sonra ilk paylaşımını etdi - FOTO


Bir müddət əvvəl silahlı hücuma məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabından paylaşım edib.


AFN.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz dostlar, məmləkətimizin dəyərli insanları. Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Həmd olsun Allaha ki, hər şey yaxşılığa doğru gedir. Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun. Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun".

Qeyd edək ki, deputat Fazil Mustafa martın 28-də saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinin qarşısında güllələnib. “Kalaşnikov” avtomatı ilə açılan atəş nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Deputata qarşı törədilmiş silahlı hücuma görə, Səricanov Azər Kamran oğlu, Şirinov Səbuhi Vəliyəddin oğlu, Əsgərov Elşad Tofiq oğlu, Əliyarov Emin Rafiq oğlu, İlkin Süleymanov saxlanılıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu