Bu öskürək dərmanı 6 uşağın həyatına son qoydu


Kamerunun Şimal-Qərb bölgəsində istifadəsi qadağan edilən "Naturcold" öskürək siropundan 6 uşaq ölüb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin Şimal-Qərb bölgəsi üzrə nümayəndəsi Kingsley Che Soh verdiyi açıqlamada 6 uşağın qadağan olunmuş öskürək siropundan istifadə edərək öldüyünü təsdiqləyib.

Şərbətin böyrəklərə ciddi ziyan vurduğunu bildirən Soh, ötən ay bölgədə 3 uşağın ölümündən sonra dərmanın istifadəsinin qadağan edildiyini bildirib.

Soh şərbətə sahib olanları dərmanı dərhal atmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu