Qaçqınları yük maşınlarına doldurub öz ölkələrinə göndərdilər


Türkiyədən sonra ən çox qaçqın problemi yaşayan ölkələrdən biri olan Livandan gələn təəccüblü görüntülər sosial mediada gündəm olub.


AFN.az xarici mətbuata istinadən xəbər verir ki, yük maşınlarına doldurulan qaçqınlar öz ölkələrinə geri göndərilib.

6,7 milyon əhalisi olan Livan, təxminən 1,5 milyon suriyalı ilə adambaşına düşən qaçqınların sayına görə dünyada birinci yerdədir. Livan rəsmiləri ölkədəki qaçqın problemi ilə bağlı açıqlama verərək, yerli əhalinin işsiz qaldığını, oğurluq və cinayət cinayətlərinin sayında da partlayış olduğunu, hər iki yeni doğulan körpədən birinin suriyalı olduğunu bildirir.

Sosial mediada paylaşılan görüntü Livandan yük maşınları ilə göndərilən qaçqınların son vəziyyətini ortaya çıxarıb. Görüntülərdə kuzalarında suriyalı qaçqınların olduğu yük maşınlarının kilometrlərlə növbə yaratdığı görünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu