Beyləqanda qadın intihar edib

Beyləqanda qadın intihar edib.
“Report”un xəbərinə görə, hadisə aprelin 26-da rayonun Mehdi Hüseyn küçəsində yerləşən evlərin birində evdə qeydə alınıb.
Belə ki, Mətanət Zeynalova yaşadığı evin həyətində özünü asıb.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.