Ərdoğan seçiciləri qarşısında mahnı oxudu - VİDEO


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turundan sonra seçicilərlə görüş zamanı mahnı oxuyub.


O, həyat yoldaşı Əminə Ərdoğan ilə İstanbulda tərəfdarlarının qarşısına çıxıb və daha əvvəl də seçki kampaniyası zamanı ifa etdiyi "Duyanlara Duymayanlara" bəstəsini ifa edib.

Bundan əvvəl mayın 28-də Ərdoğan səsvermənin ikinci turunu demokratiya bayramı adlandırıb və seçicilərə göstərdikləri etimada görə təşəkkür edib.

Türkiyə dövlət televiziyasının məlumatına görə, Ərdoğan bülletenlərin 98,22 faizini emal etdikdən sonra 52,12 faiz səs toplayıb. Rəqibi müxalifət namizədi Kamal Kılıçdaroğlunun nəticəsi 47,88 faizdir.

Artıq bir sıra dünya liderləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və Qətər əmiri Təmim bin Həməd Al Tani də daxil olmaqla, Ərdoğanı qələbə münasibətilə təbrik edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu