Yaponiyada tayfun: ölülər, itkin düşənlər, yaralananlar...
Yaponiyada “Mavar” qasırğası nəticəsində azı bir nəfər ölüb, iki nəfər itkin düşüb, 30-a yaxın insan isə yaralanıb.
AFN.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Ən çox qurban, 12 nəfər Kanaqava prefekturasında qeydə alınıb. Okinava prefekturasında 8 nəfər, Çibada isə 2 nəfər xəsarət alıb. Şizuoka, Toçiqi, Vakayama, Mie, Aiçi, Yamanaşi və Tokio prefekturalarında hər birində bir nəfər tayfunun qurbanı olub.
Güclü yağışların səbəb olduğu daşqınlar 12 prefekturada ən azı 178 evə ziyan vurub.