Qardaşını öldürən beş yaşlı uşağın qanında kokain tapılıb
ABŞ-da qardaşını öldürən beş yaşlı uşağın kokain testi müsbət çıxıb. Körpənin qanında marixuana aşkarlandığı açıqlanıb.
Prokurorlar 16 aylıq İsiah Consonun qardaşının açdığı silahdan öldüyünü açıqlayıb.
Polis bildirib ki, mənzildə 93 ədəd fentanil həbi, marixuana və narkotik istehsalında istifadə olunan alətlər aşkar edilib.
Prokurorlar Lafayettenin valideynləri Deonta Jermaine Johnson (27) və Shatia Tiara Velç (24) qarşı səhlənkarlıq və narkotik ittihamı irəli sürüblər.
Velç polisə silahın onun olduğunu deyib. O, adətən onu çarpayısının altındakı qutuda kilidli saxladığını da bildirib.