Nigeriya Nigerə elektrik enerjisini kəsib


Nigeriya hərbi çevrilişdən sonra şimal qonşusu Nigerin elektrik enerjisini kəsib.


Yerli mətbuatın məlumatına görə, Nigeriya Nigerdəki hərbi idarəçiliyə qarşı yeni tədbirlər görüb.

Bu çərçivədə Nigeriya şimal qonşusu Nigerə elektrik enerjisinin verilməsini dayandırıb.

Niger əvvəllər elektrik enerjisinin 70 faizini Nigeriyadan alırdı.

Nigeriyanın da üzvü olduğu Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) çevrilişdən sonra Nigerə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu