ABŞ-da prezidentliyə namizəddən Eminem çıxışı


2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Vivek Ramasvami tədbirdə məşhur reper Eminemin "Lose Yourself" mahnısını ifa edib.


Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən 38 yaşlı Vivek Ramasvami Ayova Ştat Sərgisində seçki kampaniyası çərçivəsində qubernator Kim Reynolds ilə görüşüb.

Söhbətin sonunda rep ifaçısı Eminemin məşhur "Lose Yourself" mahnısı səsləndirilməyə başlayanda Ramasvami əlindəki mikrofonla rəqs edərək mahnını həvəslə müşayiət edib.

Ramasvaminin repini əks etdirən görüntülər sosial mediada müxtəlif reaksiyalara səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu