Məşhur qapıçı "Qarabağ"a gəlir - Qurban Qurbanov açıqladı


"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Bayer"dən (Almaniya) ayrılan qapıçı Andrey Lunyevin komandasına keçəcəyinə dair yayılan xəbərlərə münasibət bildirib.



Hazırda Finlandiyada olan Q.Qurbanov Qol.az-a açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, Lunyevin bu gün Bakıya gəlişi gözlənilir.

"Onunla bir müddət əvvəl idi danışıq aparırdıq. Artıq razılığa gəlmişik. Amma bu transfer o demək deyil ki, bizim digər qapıçılarımıza inamsızlıq var” - deyə o qeyd edib.

Məlumata görə, 32 yaşlı qolkiper sabah Bakıda tibbi müayinədən keçəcək. Daha sonra rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. Andrey "Qarabağ”a azad agent kimi keçir.

Qeyd edək ki, Lunyov karyerası ərzində "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit" komandalarında da oynayıb. O, son klubu "Bayer"də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb.

Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu