Xankəndiyə aparılan yüklə bağlı açıqlama


Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Ağdam-Əsgəran və Laçın yolu ilə göndərdiyi yük maşınları -Xankəndidədir.



AFN.az-ın erməni mediasına istinadən bildirir ki, bu barədə BQXK-nin Xankəndidəki “ofisi”nin (?!-M.) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eteri Musayelyan məlumat verib. “Yük hər iki yola eyni vaxtda gəlib. Maşınların birində dərman və uşaq bezləri, Laçın dəhlizi ilə hərəkət edən yük maşınında isə un olub”, - Musaelyan deyib.


E.Musayelyan ümid etdiyini bildirib ki, əhalinin ehtiyaclarını ödəyə bilməsi üçün humanitar yardım müntəzəm xarakter daşıyacaq.

BQXK-nin Xankəndi “ofisi”nin qeyri-qanuni, rəsmi Bakının icazəsi olmadan fəaliyyət göstərməsi isə tamam başqa bir mövzudur, yəqin yaxınlarda bu məsələ ilə bağlı hüquqazidd addımlara son qoyulacaq.

AFN.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu