İran əsilli ABŞ vətəndaşı Tehran həbsxanasında dünyasını dəyişib


İran əsilli ABŞ vətəndaşı Feramerz Cavidzad saxlandığı Tehranın Evin həbsxanasında dünyasını dəyişib.


İran İnsan Haqları Mühafizəçiləri Agentliyinin (HRANA) xəbərində ürək-damar, mədə və şəkər xəstəliyi olan Cavidzadın xəstəliyinə baxmayaraq həbsxana rəhbərliyi tərəfindən xəstəxanaya gec aparıldığı və bu səbəbdən də dünyasını dəyişdiyi iddia edilib.

Tehran Həbsxanalar Baş Müdirliyindən edilən yazılı açıqlamada səhlənkarlıq iddiası təkzib edilib.

İranın rəsmi xəbər agentliyi İRNA-da dərc olunan yazılı açıqlamada, "Cavidzad dərhal xəstəxanaya aparılıb və bütün müdaxilələrə baxmayaraq həyatını itirib" - deyə bildirilib.

Yəhudi dininə mənsub olan Cavidzad 2022-ci ilin martında ABŞ-dan ölkəsinə gələrkən maliyyə cinayətləri səbəbilə saxlanılıb və 3 aylıq təkadamlıq kameradan sonra Tehrandakı Evin həbsxanasına köçürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu