Almaniyada polisin saxlamağa çalışdığı şəxs dünyasını dəyişib


Almaniyanın paytaxtı Berlində polisin asayişi pozduğu iddiası ilə saxlamağa çalışdığı 30 yaşlı kişinin öldüyü bildirilib.


Berlin polisindən verilən açıqlamada, dekabrın 1-i cümə günü gecə saatlarında zorakılıq etdiyi və ətraf mühitə zərər verdiyi iddia edilən şəxsin saxlanılarkən yıxıldığı bildirilib.

Xəstəxanaya aparılan şəxsin dünyasını dəyişdiyi və həkimlərin ölüm səbəbini infarkt kimi qeyd etdiyi bildirilib.

Qeyd olunub ki, asayiş pozğunluğu törətdiyi iddia edilən şəxsin ölümünün dəqiq səbəblərinin müəyyən edilməsi üçün başlanılmış araşdırmanı qətl bölməsi aparacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu