İƏT baş katibi Azərbaycan Prezidentini təbrik edib


İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Məktubda deyilir:

“Hörmətli cənab Prezident!
Zati-alinizin sarsılmaz qətiyyəti və əzmi sayəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərinin zəfərlə başa çatması bizim kimi, bütün türk və islam dünyasında sevinclə qarşılandı.

Fürsətdən istifadə edərək, Sizə və lideri olduğunuz Azərbaycan xalqına ən xoş arzularımı, təbriklərimi və ehtiramımı ifadə edirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu