Ermənistan müxalifətindən Rusiya ilə bağlı sensasion iddia
![](/uploads/posts/2023-10/1696508842_3b4bc3fdcb391c14e5cc2c22079041e1.jpg)
““Ermənistan” müxalif bloku Rusiya sülhməramlı qüvvələrinin həm Qarabağda hərbi tədbirlər zamanı, həm də indiki davranışını başa düşmür”.
AFN.az erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 5-də Ermənistan parlamentində “Ermənistan” müxalifət blokundan olan deputat Artur Xaçatryan deyib.
“Onların heç bir problemə qarışmaması hansısa razılaşmanın olduğunu göstərir”, - deyə Xaçatryan bildirib.