"Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi yekunlaşıb


“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı” layihəsi yekunlaşıb.


İB-dən verilən məlumata görə, layihə çərçivəsində ümumilikdə 10 təlim keçirilib. Hər təlim 2 qrup üzrə 1 saat olmaqla baş tutub.

İlk təlimdə mövzu sosial media ilə tanışlıq olub. Həmçinin təlimçi Samir Mehdiyev kiçik və orta bizneslər üçün sosial media statistikalarından bəhs edib, bu gün rəqəmsal bacarıqların inkişafında mühüm elementləri diqqətə çatdırıb.
İkinci təlimin mövzusu sosial media ilə işin effektiv nəticəsi haqda olub. İştirakçılar social media ilə işin effektiv nəticəsi haqda məlumatlandırılıb, onların sualları cavablandırılıb.

Üçüncü mövzu “2023-cü ildə sosial mediada trendlər və qadağalar” olub. Dördüncü təlimin mövzusunu AİDA modeli təşkil edib. Təlimçi marketinqdə insanların alışa qədər keçdiyi yolu izah edən klassik istehlakçı davranışı modeli barədə danışmaqla yanaşı, tədbir iştirakçılarının suallarını cavablandırıb.
"Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində növbəti mövzu sosial mediada kontentin əhəmiyyəti olub. Bu təlimdə influencer, məzmun üzrə mütəxəssis Nigar Eyvazlı da qonaq qismində iştirak edib. O, sosial mediada kontentin əhəmiyyəti ilə bağlı iştirakçılara detallı məlumat verib, onları maraqlandıran suallara cavab verib.
Layihə çərçivəsində keçilən növbəti – 6-cı təlimin mövzusunu "Facebook" səhifəsinin profesional formada yaradılması təşkil edib. Yeddinci mövzu isə İnstagram səhifəsinin düzgün formada yaradılması və inkişaf etdirilirməsi olub. Yeddinci təlimə "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, jurnalist Həbibə Abdulla da qatılıb. O, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinə hörmət ifadə edərək, onların əzizlərinə səbir, bu yolda sağlamlığını itirən qazilərimizə şəfalar diləyib.

Səkkizinci təlimdə qonaq qismində "Baku TV"-nin əməkdaşı, "Yaşat" fondunun fəxri səfiri Ərtoğrul Kamalov və hərbçi jurnalist İsmayıl Cəfərli qatılıblar. Onlar da təlim üzvlərinə uğur arzulayaraq şəhid ailələrinə səbr, qazilərimizə cansağlığı arzu ediblər. Bu təlimin mövzusu "Business Suite"dən professional istifadə ilə bağlı olub. Doqquzuncu mövzunu "Meta Business Managerdən Professional istifadə və Meta reklam növləri” təşkil edib.

"Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində sonuncu mövzu "Meta ilə reklamların verilməsi. Reklam növləri, targeting” olub.

Lahiyə üzrə təlimçi, rəqəmsal marketinq sahəsində ekspert Samir Mehdiyev bütün mövzularla bağlı təlim iştirakçılarına ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

Təlim ümumilikdə 21 nəfəri əhatə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu