Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada saxlanılıb


Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada nəzarətə götürülüb.


Bu barədə “Le Monde” qəzeti yazır.

Nəşr Milli Maliyyə Prokurorluğuna istinadən şübhəlinin Parisin yeddinci rayonundakı evində və onun Sen-Tropedəki villasında aparılan axtarışlar haqda məlumat verib.

Qəzet Kuzmichevi “Rusiyanın ən nüfuzlu adamlarından biri” adlandırıb və onun Ukraynadakı hadisələrlə bağlı Aİ sanksiyaları altında olduğunu qeyd edib. O, Fransa ərazisində olarkən sanksiya siyahısına daxil edilib.

Prokurorluğun bildirdiyinə görə, Kuzmiçevə qarşı aparılan istintaq vergi fırıldaqları, eləcə də digər qanun pozuntuları, o cümlədən “sanksiyaların pozulması” ilə bağlı şübhələrə aiddir.

Ötən il martın 15-dən Kuzmiçev Aİ-nin sanksiyaları altındadır.

Kuzmiçevin nümayəndələrindən Fransa mediasından bu məlumatla bağlı hələlik heç bir şərh verilməyib.

"Alfa Group"un keçmiş həmtəsisçisi Aleksey Kuzmiçev Fransada çirkli pulların yuyulması və sanksiya qanunvericiliyinin pozulması işi çərçivəsində saxlanılıb. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları “pul yığınları” aşkar ediblər. Kuzmiçev 2022-ci il martın 15-də Aİ-nin sanksiyalar siyahısına daxil edilib. Həmin vaxt o, artıq Fransada yaşayırdı. Daha sonra dünyanın bir sıra digər ölkələri də oliqarxa qarşı sanksiyalar tətbiq edib. ABŞ onu 16 avqust 2023-cü ildə qara siyahıya salıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu