BMT Qəzza zolağına lazım olan yardımı açıqlayıb

BMT-nin hesablamalarına görə, Qəzza zolağının sakinlərinə ehtiyaclarını ödəmək üçün 1,2 milyard dollar lazımdır.
AFN.az-ın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bildirib ki, 2,7 milyon insanın – Qəzza zolağının bütün əhalisinin və işğal olunmuş İordan çayının qərb sahilindəki 500 min insanın ehtiyaclarının ödənilməsinin dəyəri 1,2 milyard dollar qiymətləndirilir.