Bayram və istirahət günlərində Bakı və Abşeronda gözlənilən hava açıqlanıb


Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.



Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata görə, noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 7-12 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-22° isti olacaq.

Noyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 8-13 m/s, səhər 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq.

Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək, axşam şimal-şərq küləyi 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-18° isti olacaq.

Noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq.

Noyabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi 8-13 m/s, arabir 15-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu