KİV: İsrail Qəzza zolağını yenidən işğal etmək niyyətində deyil

İsrailin Qəzza zolağının yenidən işğalı və ya üzərində nəzarəti uzun müddət saxlamaq planları yoxdur.
Bu barədə "Reuters" yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
"İsrail Qəzzanı yenidən işğal etmək və ya onu uzun müddət nəzarətdə saxlamaq niyyətində deyil" - deyən rəsmi bu barədə jurnalistlərə adının açıqlanmasını istəməyərək danışıb.
O, həmçinin qeyd edib ki, yəhudi dövləti anklavda qalan HƏMAS hərbi infrastrukturuna qarşı hərbi əməliyyatın hazırkı mərhələsi başa çatdıqdan sonra da tədbirlər görməlidir.