Şakira vergidən yayınma ittihamını qəbul edib


Kolumbiyalı müğənni İzabel Mebarak Ripoll (Şakira) İspaniyada 8 il 2 ay həbs cəzası aldığı vergidən yayınma işi ilə bağlı ittihamları qəbul edib və sövdələşməyə başlayıb.


Barselona Əyalət Məhkəməsində bu gün başlayan məhkəməyə gələn Şakiranı izdihamlı mətbuat qrupu izləyib.

Məhkəmə mənbələrindən əldə edilən məlumata görə, İspaniyada yaşadığı dövrlə əlaqədar 2012-2014-cü illər arasında 6 müxtəlif cinayətə görə Maliyyə Nazirliyindən 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunan Şakiranın bununla razılaşdığı bildirilib. O 2,9 milyon avro cərimə ödəyəcək.

Normal şəraitdə 117 nəfərin şahid qismində cəlb olunduğu işin 12 iclas davam edəcəyi gözlənilir.

“Barselona”nın keçmiş futbolçusu Gerard Pike ilə birlikdə bir müddət Barselonada yaşayan Şakira ölkə qanunlarına görə 183 gündən çox burada yaşadığı üçün vergi ödəyicisi olub.

Prokurorluq Şakiranı İspaniyada vergi ödəməmək üçün gəlirlərini və aktivlərini İspaniya Vergilər İdarəsindən gizlətməkdə və Britaniya Vircin Adaları, Kayman adaları, Malta, Panama və Lüksemburqda yerləşən şirkət şəbəkəsinə köçürməkdə ittiham edib.

Prokurorluq Şakiraya 8 il 2 ay həbs və ümumilikdə 23 milyon avroya yaxın cərimə tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu