"S4 Joby Aviation" hava taksisi Nyu Yorkda ilk uçuşunu həyata keçirib


"Joby Aviation" tərəfindən hazırlanmış "S4 eVTOL" təyyarəsi Nyu Yorkda ilk nümayiş uçuşunu edib.


“Techkult” xəbər verir ki, nümayişin əsas məqsədi elektrik hava taksilərinin nə qədər rahat və sakit ola biləcəyini göstərməkdir.

"eVTOL"-un istifadəsi ictimai nəqliyyat sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər. Hava taksisi təkcə trafikin təsirli şəkildə azaldılmasını vəd etmir, həm də əhalinin çox olduğu və nəqliyyat şəbəkəsinin praktiki olaraq iflic vəziyyətinə düşdüyü ərazilərdə minimum xərclə rahat və sürətli uçuşlar təmin edəcək. Bu cür uçan nəqliyyat vasitələrinin istifadəsinin səs-küy və hava çirklənməsi standartlarına tam uyğun olacağı vurğulanır. Təxminən 500 metr yüksəklikdə olan S4 yerdə 45 dBA-dan çox olmayan səs-küy yaradır.

Onun səsi “yağış səsi” və “soyuducunun səsi” arasında bir şey kimi qiymətləndirilir. Bundan əlavə, uçuş zamanı çəkilən videolar göstərir ki, yoldan keçənlər kifayət qədər rahat ünsiyyət qurur, səslərini çıxarmadan baş verənlərin təfərrüatlarını müzakirə edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu