Hindistanda hava taksisi istifadəyə veriləcək


7-8 aydan sonra Hindistanda ilk hava taksisi stifadəyə veriləcək. ePlane qurucusu Satya Çakravarti e200 uçan vasitəsinin debüt uçuşunu həyata keçirəcəyini bildirib.



Onun sözlərini News18 sitat gətirib.

Çakravarti aydınlaşdırıb ki, bu tip hava taksisi yığcam ölçüsünə görə Hindistan şəhər mənzərələrinin mürəkkəbliklərini dəf etməyə qadirdir. Uçan taksinin akkumulyatorunun doldurulması onu bir neçə qısa məsafəyə çatdırmağa müvəffəq olacaq.

Öz növbəsində taksinin ölçüləri onun məhdud məkanda enməsinə imkan verəcək. Onun sözlərinə görə, ilk uçuş 2024-cü ilin sentyabr-oktyabr aylarında baş tuta bilər.

Çakravarti əlavə edib ki, elə bir nəqliyyat vasitəsi ilə uçuşların qiyməti, Uber kimi yerüstü taksi xidmətlərinin səfərlərinin qiymətlərindən iki dəfə baha olacaq. Bununla belə istifadəçilər səyahət vaxtına əhəmiyyətli dərəcədə qənaət edə biləcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu