Çində uçan taksilərin sınaq uçuşu həyata keçirilib - VİDEO


Çində uçan taksilərin sınaq uçuşu həyata keçirilib.



Uğurla tamamlanan uçuşla normalda 3 saat davam edəcək səyahət 20 dəqiqəyə enib. 12 hava taksisi Şenzendən Çjuhaya qədər 50 kilometr məsafə uçub.

Avtomobillə 3 saat davam edən səyahət uçan taksilər sayəsində 20 dəqiqəyə tamamlanıb. Bu, dünyada uçan taksilərlə ilk şəhərlərarası uçuş nümayişi olub.

"Prosperity 1" adlanan 5 yerlik uçan taksilər adətən qısa məsafələrə səyahət üçün nəzərdə tutulub. Takislərdən xüsusilə şəhərlərarası və ya bir-birinə yaxın şəhərlərdə geniş istifadə gözlənilir.

Altı pərvanəli uçan taksilər saatda 200 kilometr sürətə çata bilir. Uçan taksilərin iki il ərzində bütün prosedurları tamamlayaraq havaya qalxması gözlənilir.

Mənbə: Haberglobal.com.tr



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu