“General Motors” avtonom rejimdə uçan avtomobil modelini təqdim edib


ABŞ-ın aparıcı avtomobil istehsalçısı “General Motors” (GM) şirkəti “Cadillac” markasının avtonom rejimdə (sürücüsüz) uçan modelini təqdim edib.


“Report” xarici mətbuata istinadən xəbər verir ki, yeni model “Consumer Electronics Show” sərgisində nümayiş etdirilib.

Uçan avtomobil saatda maksimum 90 kilometr sürətlə hərəkət edə biləcək. Taksi kimi xidmət etməsi planlaşdırılan nəqliyyat vasitəsi 1 sərnişin daşıya biləcək.

Bununla belə, yeni modelin kütləvi istehsalına nə vaxt başlanılacağı açıqlanmayıb. Bu qeyri-müəyyənliyə baxmayaraq uçan avtomobillərin təqdimatından sonra fond birjalarında "General Motors"un səhmləri 8,8% bahalaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu