Rusiyada qasırğa səbəbindən 1,9 milyon nəfər işıqsız qalıb


Rusiyanın cənubunda əlverişsiz hava şəraiti səbəbindən 1,9 milyona yaxın insan işıqsız qalıb.


Bu barədə Rusiya Energetika Nazirliyi məlumat yayıb.

Söhbət Krım, Krasnodar diyarı, Rostov vilayəti, Dağıstan, DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin sakinlərindən gedir. İdarədən bildirilib ki, hazırda energetiklər elektrik enerjisinin verilişinin mümkün qədər tez bərpa olunması üçün gücləndirilmiş iş rejimində işləyirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu