Alman ordusundan "Airbus"a rekord hərbi helikopter sifarişi


Almaniya Silahlı Qüvvələri (Bundesver) “Airbus Helicopters” şirkəti ilə 82 ədəd çoxfunksiyalı H145M helikopterinin alınması üçün müqavilə imzalayıb.


"Airbus"dan verilən açıqlamaya görə, Almaniya Silahlı Qüvvələri 62 firma sifarişi və 20 variant daxil olmaqla cəmi 82 H145M üçün helikopterlərin alınmasına dair müqavilə imzalayıb.

Müqaviləyə 7 illik dəstək xidmətləri də daxildir.

Alman Silahlı Qüvvələrinin 82 ədədlik yeni sifarişi, "Airbus Helicopters"in H145M helikopterləri üçün indiyə qədərki ən böyük sifarişi olaraq qeyd edilsə də, sözügedən sifarişin tədarüklərinin gələn il başlaması və 2028-ci ilə qədər davam etməsi planlaşdırılır.

H145M-lər Almaniya ordusunun ağır "Tiger" hücum helikopterləri donanmasını əvəz edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu