Orban: AB-nin qaçqın və miqrant razılaşması uğursuzluğa məhkumdur


Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti (AP) tərəfindən razılaşdırılan qaçqın və immiqrasiya islahatı sazişi mütləq iflasa uğrayacaq.


Bunu Macarıstanın baş naziri Viktor Orban bildirib. O Budapeştdə keçirilən mətbuat konfransında Orban AB Şurasını və AP-nin qaçqınlar və miqrasiya ilə bağlı razılaşmasını dəyərləndirib.

Razılaşmanın təməlindən tamamilə yanlış olduğunu müdafiə edən Orban, "Bu barədə böyük bir müzakirə apardıq və saatlarla digər liderlərə bu paketin tamamilə səhv olduğunu izah etdim" - deyə bildirib.

Orban qeyd edib ki, AB-yə daxil olmaq istəyənlər sərhədlər xaricində müraciət etməli və harada olduqları barədə son qərarı gözləməlilər.

Orban AB-nin belə bir rəftar göstərmədiyi müddətcə, nə cür razılaşma əldə olunsa da, ölkəsinin immiqrasiyaya münasibətinin Avropada işləyən yeganə və nümunəvi model olduğunu söyləyib.

Dekabrın 20-də Aİ Şurası və AP 5 əsas reqlamentin siyasi bəndləri üzrə razılığa gəliblər ki, bu da AB-nin qaçqınlar və miqrasiya ilə bağlı hüquqi bazasını tamamilə nəzərdən keçirəcək.

2015-ci ildəki miqrasiya böhranından bəri Aİ sığınacaq axtaranların üzv dövlətlər arasında necə bölüşdürülməsi və sığınacaq müraciətləri rədd edilənlərin geri göndərilməsi ilə bağlı həll yolları axtarır. AB Komissiyasının bu məqsədlə hazırladığı “Miqrasiya və Sığınacaq Müqaviləsi” üzv ölkələrin fərqli yanaşmaları səbəbindən qəbul edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu