Somali siyasətçilərinin Efiopiyanın Somaliland ilə razılaşmasına etiraz


Somalili siyasətçilər qonşu Efiopiyanın birtərəfli müstəqilliyini elan edən Somaliland ilə bağlanan liman müqaviləsinin Somalinin suverenliyinin pozulması olduğunu bildirib və hökuməti lazımi addımları atmağa çağırıblar.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Somalinin keçmiş prezidenti Məhəmməd Abdulla Fermacu açıqlamasında Efiopiyanın Somaliland ilə anlaşma memorandumunun Somalinin suverenliyinə hörmətsizlik olduğunu və bu addımın bölgədəki sabitliyə zərər verəcəyini vurğulayıb.

Razılaşmanın həm Somali, həm də Afrika üçün ciddi narahatlıq mənbəyi olduğunu bildirən Fermacu, Somali hökumətinin suverenliyin pozulmasına layiqli cavab verməli olduğunu bildirib.

Somalinin keçmiş baş nazirləri Hüseyn Roble, Həsən Əli Hayri və Somalinin keçmiş prezidenti Şeyx Şərif Əhməd sözügedən razılaşmanı pislədiklərini və bunun Somalinin suverenliyinin pozulması olduğunu bildiriblər.

Roble Əddis-Əbəbə hökumətinin hərəkətinin təəccüblü və biabırçı olduğunu bildirib.

Anlaşma memorandumunun Somali və Somaliland arasında danışıqların bərpasından günlər sonra baş tutması diqqət çəkir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu