CAR-lı vəkillər ABŞ və Böyük Britaniya hökumətlərini İsraili dəstəklədikləri üçün məhkəməyə verəcəklər


Təxminən 50 Cənubi Afrikalı hüquqşünas İsrailin Fələstində törətdiyi cinayətlərə şərik olduqlarını əsas gətirərək ABŞ və Böyük Britaniya hökumətlərini məhkəməyə verməyə hazırlaşır.


Cənubi Afrikalı vəkil Vikus Van Rensburq tərəfindən irəli sürülən təşəbbüs ABŞ və Böyük Britaniyadakı vəkillərlə əməkdaşlıq edərək cinayətdə iştirak edənləri mülki məhkəmələrdə mühakimə etmək məqsədi daşıyır.

Son bir neçə həftədir müxtəlif ölkələrə və Beynəlxalq Cinayət Məhkəməsinə (ICJ) məktublar yazaraq, israilli cinayətkarların və onların tərəfdarlarının mühakimə olunmasını tələb edən Rensburq, həmkarlarının dəstəyi ilə ABŞ və İngiltərə hökumətlərinə iddia qaldırmağa hazırlaşır.

Prosesin təfərrüatlarını izah edən Rensburq “ABŞ indi törətdiyi cinayətlərə görə məsuliyyət daşımalıdır” - deyə qeyd edib. Rensburq məhkəməyə müraciət edəcəyini söylədikdə böyük dəstək aldığını söyləyib: "Zaman keçdikcə bir çox hüquqşünaslar araşdırma aparıb bizə qoşulmaq qərarına gəldilər. Birləşənlərin çoxu müsəlmandır, amma mən deyiləm. Onlar bu işə kömək etmək məsuliyyətini hiss edirlər, amma baş verənlərin yanlış olduğunu hiss edirəm. Orada baş verənlərə inana bilmirəm".

Törətdiyi cinayətlərə görə heç kimin ABŞ-da məsuliyyət görmədiyini və bu məsələyə lazımi əhəmiyyət vermədiyini qeyd edən Rensburq İraqda baş verənlərin buna misal olduğunu bildirib.

Fələstində baş verənlərin hüquqi prosesin həyata keçirilməsi üçün ideal bir ssenari olduğunu düşündüklərini ifadə edən vəkil, "ABŞ cinayəti törətmək üçün daha çox pul və daha çox vəsait xərcləməklə məşğuldur. Heç kim dayan demir" - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu