ABŞ-da atışma: 8 nəfər ölüb


ABŞ-ın İllinoys ştatında 2 gündə 9 nəfəri güllələyərək 8 nəfərin ölümünə səbəb olan Romeo Nans hüquq-mühafizə orqanları onu yaxalayana qədər intihar edib.


İllinoys ştatının Coliet Polis İdarəsinin açıqlamalarına görə, şübhəli Romeo Nens Coliet şəhərində hüquq-mühafizə orqanları ilə münaqişədən sonra intihar etməzdən əvvəl 9 nəfəri güllələyib, onlardan 8-i dünyasını dəyişib.

2 gündə 9 nəfəri güllələyən Romeo Nans hələ həbs olunmamışdı. O, 8 nəfərin öldürüldüyü yerdən kilometrlər aralıda Texas ştatında hüquq-mühafizə orqanları ilə qarşılaşarkən silahı özünə tərəf çevirərək intihar edib.

Polis silahlı hücumun səbəbini açıqlamasa da, zərərçəkənlərlə şübhəlinin bir-birini tanıdığı vurğulanıb.

Hadisə ilə bağlı istintaq davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu