Senat Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib


ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Vaşinqton tərəfindən müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynaya verilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.


Bu barədə TASS-ın müxbirinə komitənin mətbuat xidmətindən məlumat verilib.

Sənədin mətnində Rusiya Federasiyası Mərkəzi Bankından müsadirə edilmiş aktivlərdən, habelə Rusiya Federasiyasının digər suveren aktivlərindən istifadə etməklə Ukraynaya əlavə yardımın göstərilməsindən bəhs edilir.

Qanun layihəsi indi tam Senat, sonra isə Nümayəndələr Palatası tərəfindən qəbul edilməlidir, bu halda o, imza üçün prezident Co Baydenə göndəriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu