Bankların mühafizəkarlığı hələ də davam edir Osman Gündüz


Taleh Kazımov Mərkəzi Bankın rəhbəri olandan sonra bank sistemində bir xeyli müsbət dəyişikliklər olmuşdu. Arada tərifləyirdik də, göz dəydi.


AFN.az xəbər verir ki, bunu Osman Gündüz bildirib. O, bank sistemində qəbul edilən yeni bir absurd qərar haqda yazıb. Qeyd edib ki, həmin qərara əsasən banklar hesabda olan vəsaitdən çıxarışı xarici valyuta ilə etmirlər: "Kapital Bank"ın Əhmədli filialında sahibkar hesabda olan halal pulumdan valyuta ilə çıxarış etmək istədikdə kassada bildirdilər ki, ancaq manatla verə bilərik. Onlara tapşırıq verilib ki, pul hansı valyuta hesabındadırsa həmin valyuta ilə çıxarış ola bilər. Bildirdilər ki, bu bankdan manatla pul alanlar yalnız başqa bir banka, yaxud filiala yaxınlaşıb valyutaya çevirə bilərlər. Biz bank sistemində çox mühafizəkar qərarlar görmüşük, beləsi heç olmamışdı".
O.Gündüz bildirib ki, kənardan daxil olan vəsaitin bankda konvertasiyasının müzakirə predmeti ola biləcəyi azacıq da olsa ağlabatan görsənə bilər, amma öz hesabında olan vəsaitin konvertasiyasına məhdudiyyət qoymaq, sadəcə ağlasığmazdır. Biz açıq bankdan, rəqəmsal bankdan danışırıq. Görünür ki, hələ offlayn bankın biznes proseslərini düz-əməlli qura bilməmişik. Ümid edirəm açıq bankçılıqdan, rəqəmsal transformasiyadan danışanlar baş verənlərin fərqindədirlər. Mən məsələni dirəşib yerində həll etdim. Ümid edirəm qaydalara əl gəzdirəcəklər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu