Münhendə Azərbaycan, Almaniya və Ermənistan liderlərinin birgə görüşü keçirilir
13:53 / 17.02.2024
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb.
APA-nın Münxenə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş Almaniya Kanslerinin təşəbbüsü ilə baş tutur və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.