Zorakılığı törədənin, zorakılıqla bağlı düşüncəsi mühümdür - Mehriban Zeynalova


Zorakılıq bir mənalı şəkildə dəstəklənməyən cinayətdir. Şəxsiyyətə qarşı cinayətlər kateqoriyasına aiddir. Lakin zorakılıqla mübarizədə bir sıra məqamlar var ki, onları fərqləndirməklə, zərərçəkmişə kömək daha effektiv olur.


AFN.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, bu məqamlardan biri zorakılığı törədənin, zorakılıqla bağlı düşüncəsidir: "Məsələn, bir sıra məişət zəminində zorakılıqlar var ki, bunlar ənənəvi davranışın təlqinidir. Yəni, şəxs görüb götürüb ki, evdə qadını döyərlər. Qadına hər cür formada qadağalar tətbiq etmək lazımdır. Onlar üçün bu zorakılıq deyil, mexaniki davranışın təkrarlanmasıdır.
Dirgər bir kateqoriyada insanlar var ki, onlar qarşısındakının (qadının) güclü olduğunu gördüyü halda, məqsədyönlü halda onu zorakı yolla ram etmək, tabe etmək, əzmək, alçaltmaq məhv etməyi planlı şəkildə həyata keçirir. Belə adamlarda cinsi zorakılığı tətbiqi xüsusilə diqqəti cəlb edir. Əsasən qarşısındakı qadının özündən güclü olmasını müəyyən etdikdə bunu ona bağışlaya bilmir. Və bütün imkanlarını səfərbər edərək hərəkətlərini planlı şəkildə həyata keçirir".
M.Zeynalova qeyd edib ki, 1- ci kateqoya ilə işi görmək rahatdır: "Onlar mədəni mühitə adaptasiya edildikdə yeni təlqin dalğasını məmuniyyətlə qəbul edirlər. 2 ci kateqoriyadan olanlarda artıq psixiatr dəsətəyinə ehtiyac olur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu